Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.
E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.