Zaqatalaya istirahətə gedən Bakı sakinləri itkin düşüb.
Azadmedia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
İki kişi turist Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedərkən meşəlik ərazidə itkin düşüblər.
DİN-in Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda Rayon Polis Şöbəsi, FHN, ETSN əməkdaşları və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.
Xatırladaq ki, eyni hadisə hindistanlı turistlə bağlı da baş vermişdi. Ötən il mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub. Hələ də axtarışın nəticəsi yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.