AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Messisiz Argentina DÇ-2026-nın seçmə mərhələsində Uruqvayı məğlub etdi

  • + A
  • - A
  • 22-03-2025, 11:08

    Messisiz Argentina DÇ-2026-nın seçmə mərhələsində Uruqvayı məğlub etdi

    Futbol üzrə Argentina milli komandası 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə turnirinin 13-cü turu çərçivəsində səfərdə Uruqvayı məğlub edib.

    Montevideoda baş tutan görüş 1:0 hesabı ilə başa çatıb. Bu görüşdə yeganə qolu 68-ci dəqiqədə rəqiblərin qapısına vuran Tiaqo Almada vurub.

    Argentina millisi ikinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində Nikolas Qonzalesin birbaşa qırmızı vərəqə almasından sonra matçın son dəqiqələrində azlıqda oynamaq məcburiyyətində qalıb.

    Amerikanın "İnter Mayami" klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi zədə səbəbindən komandanın mart ayında keçiriləcək oyunlarını buraxacaq.

    Cənubi Amerikanın seçmə turnirinə Argentina millisi 28 xalla başçılıq edir. Martın 26-na keçən gecə baş tutacaq növbəti oyunda Argentina Braziliya millisi ilə üz-üzə gələcək. 20 xalı və dördüncü yeri olan Uruqvay Moskva vaxtı ilə martın 25-i axşam Boliviyadan olan rəqibləri ilə qarşılaşacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR