Belarusun BATE futbol klubu yeni mövsümdə UEFA Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirəcək. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda rəqiblərini Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.
Bildirilib ki, BATE rəhbərliyi ev oyunlarının məhz Sumqayıtda təşkili ilə bağlı razılıq əldə edib. Beləliklə, Sumqayıt şəhərinin futbolsevərləri yeni mövsümdə Avropa klub turnirinin oyunlarını canlı izləmək imkanı qazanacaqlar.
UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Bu mərhələnin oyunları isə iyulun 9-u və 16-da baş tutacaq.
Qeyd edək ki, BATE ötən mövsüm Belarus Kubokunun qalibi olmaqla avrokuboklara vəsiqə qazanıb. Borisov təmsilçisi final görüşündə Minskin “Dinamo” klubuna qalib gələrək Konfrans Liqasında iştirak hüququ əldə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.