AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniya millisinin hücumçusunu otelin mühafizəsi tanımadı, içəri buraxmadı

  • + A
  • - A
  • Bu gün, 11:59

    İspaniya millisinin hücumçusunu otelin mühafizəsi tanımadı, içəri buraxmadı


    İspaniya milli komandasının hücumçusu Borxa İqlesias ABŞ-ın Çattanoqa şəhərində komandanın məskunlaşdığı otelə daxil olmaq istəyərkən gözlənilməz hadisə ilə üzləşib.

    Məlumata görə, otelin mühafizə əməkdaşları futbolçunu tanımayıb və onun şəxsiyyətini dərhal təsdiqləyə bilməyiblər. Nəticədə İqlesias bir müddət otelin girişində gözləməli olub. Yalnız şəxsiyyəti təsdiqləndikdən sonra onun otelə daxil olmasına icazə verilib.

    Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin hazırkı dünya çempionu 2022-ci il finalında Fransanı məğlub edən Argentina millisidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR