AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanalı cadugərdən Harri Keynə "lənət" hədəsi

  • + A
  • - A
  • Bu gün, 19:37

    Qanalı cadugərdən Harri Keynə "lənət" hədəsi


    Qanalı cadugər Nana Kwaku Bonsam İngiltərə millisinin kapitanı Harry Kane barədə sensasiyalı açıqlama verib. O, iyunun 23-də keçiriləcək Qana–İngiltərə matçı ərəfəsində Keynə "cadu edəcəyini" bildirib.

    Bonsam deyib ki, məqsədi futbolçunu ağır zədələmək deyil, sadəcə onun Qanaya qarşı oyunda təsirli çıxış etməsinin qarşısını almaqdır.

    Qrup mərhələsinin ikinci turunda üz-üzə gələcək hər iki komanda mundiala qələbə ilə başlayıb. Qana Panama üzərində 1:0 hesablı qələbə qazanıb, İngiltərə isə Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Həmin oyunda Harri Keyn iki qol vurub.

    Bonsam daha əvvəl də oxşar iddia ilə gündəmə gəlmişdi. O, 2014-cü ildə Cristiano Ronaldonun zədələnməsində rolunun olduğunu desə də, portuqaliyalı ulduz dünya çempionatına qədər sağalmış, Qanaya qarşı oyunda meydana çıxaraq qol vurmuşdu.

    2026-cı il dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Turnir ABŞ, Meksika və Kanadada keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR