Lionel Messi Spider-Man: Brand New Day filminin tanıtım çarxında rol alıb. Treyler Sony Pictures tərəfindən yayımlanıb.
Süjetə əsasən, Messi Nyu-Yorkdakı mağazaya daxil olur. Həmin mağazada britaniyalı aktyor Tom Hollandın canlandırdığı Peter Parker olur. Məşhur futbolçunu görən Parker təəccübdən əlindəki telefonu yerə salır və Messidən burada nə etdiyini soruşur. Messi isə "Hörümçək-adamı axtarıram" cavabını verir.
Bundan sonra Parker Hörümçək-adam kostyumunu geyinir və Messidən hündürlükdən qorxub-qorxmadığını soruşur. İspan dilində danışan Messi sualı anlamır. Növbəti səhnədə isə Hörümçək-adam toru ilə Nyu-York üzərində uçarkən qışqıran Messini də özü ilə aparır.
Qeyd edək ki, Messi hazırda Argentina millisi ilə 2026-cı il dünya çempionatında çıxış edir. Argentina qrup mərhələsini 9 xalla lider başa vurub. Komanda 1/16 final mərhələsində iyulun 4-də Kabo-Verde ilə qarşılaşacaq. Messi isə turnirdə indiyədək 6 qol vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.