Neymar Braziliya millisinin dünya çempionatının 1/8 finalında məğlub olmasından sonra göz yaşlarını saxlaya bilməyib.
Braziliya ilə Norveç arasında keçirilən qarşılaşma Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin hər iki qolunu Erlinq Holand 79 və 90-cı dəqiqələrdə vurub.
Zədədən sonra bərpa prosesini başa vuran Neymar oyuna 67-ci dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olub. O, əlavə vaxtın 10-cu dəqiqəsində penaltidən fərqlənərək hesab arasındakı fərqi azaltsa da, bu qol Braziliyanı məğlubiyyətdən xilas etməyib.
Final fitindən sonra Neymar meydançada diz çökərək ağlayıb. Komanda yoldaşları ona dəstək olublar.
Bununla yanaşı, Neymar yeni milli rekorda da imza atıb. O, 34 yaş 149 günlüyündə Braziliya millisinin dünya çempionatları tarixində qol vuran ən yaşlı futbolçusu olub və bu göstəricidə Bebetonu geridə qoyub.
Braziliya millisi isə mənfi göstərici ilə yadda qalıb. Komanda topa cəmi 34 faiz sahib olub ki, bu da statistikaların aparıldığı 1966-cı ildən bəri mundiallarda Braziliyanın ən zəif göstəricisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.