AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Argentina 0:2-dən geri dönərək Misiri məğlub etdi və 1/4 finala yüksəldi

  • + A
  • - A
  • Bu gün, 22:19

    Argentina 0:2-dən geri dönərək Misiri məğlub etdi və 1/4 finala yüksəldi

    Argentinanın futbol millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

    Atlantada keçirilən qarşılaşmada hesabı 15-ci dəqiqədə Misirin müdafiəçisi Yasser Əl-Hanafi açıb. Oyunun 67-ci dəqiqəsində hücumçu Mostafa Ziko fərqi iki topa çatdıraraq Misiri 2:0 hesabı ilə önə keçirib.

    Lakin dünya çempionları geri dönüş etməyi bacarıb. 79-cu dəqiqədə Kristian Romero hesab arasındakı fərqi azaldıb. 83-cü dəqiqədə Lionel Messi tarazlığı bərpa edib. İkinci hissəyə əlavə olunmuş vaxtda isə Enzo Fernandes qələbə qolunu vuraraq Argentinaya 3:2 hesablı qələbə qazandırıb.

    Beləliklə, Argentina 1/4 finala yüksəlib. Komandanın növbəti rəqibi İsveçrə – Kolumbiya cütünün qalibi olacaq. Həmin qarşılaşma bu gün Bakl vaxtı ilə saat 00:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR