AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan güləşçiləri Budapeştdə iki medal qazandı – Əli Tsokayev qızıl, Cəbrayıl Qədiyev gümüş əldə etdi

  • + A
  • - A
  • Dünən, 23:53

    Azərbaycan güləşçiləri Budapeştdə iki medal qazandı – Əli Tsokayev qızıl, Cəbrayıl Qədiyev gümüş əldə etdi

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində Azərbaycan yığması növbəti uğura imza atıb.

    92 kq çəki dərəcəsində mübarizə aparan Əli Tsokayev qızıl medal qazanıb. O, yarışa ABŞ təmsilçisi Dastin Qlenn Plott üzərində 3:1 hesablı qələbə ilə başlayıb. Ardınca Bəhreyn təmsilçisi Məhəmməd Şəripovu 2:0, Türkiyə idmançısı Fatih Altunbaşı isə 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

    Final görüşü baş tutmayıb. Ukraynalı güləşçi Məhumməd Əliyev zədə səbəbindən yarışdan çəkildiyi üçün qızıl medal vaxtından əvvəl Əli Tsokayevə təqdim olunub.

    Azərbaycan yığmasının digər medalını Cəbrayıl Qədiyev qazanıb. O, finalda monqolustanlı Olonbayar Suldxu ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.

    Beləliklə, Azərbaycan millisi Budapeştdə keçirilən reytinq turnirində iki medal – bir qızıl və bir gümüş medal qazanıb. Yarış iyulun 19-da başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR