AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar uğurla keçirilib İdman

  • + A
  • - A
  • Bu gün, 10:27

    Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar uğurla keçirilib İdman

    Milli Məclisin deputatı, AKF Prezidenti Ülvi Quliyevin başçılığı və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində region üzrə məşqçi - müəllim heyəti, idmançıların iştirakı ilə seminar keçirilib. Seminar qarşıdan gələn yarışlara hazırlıq prosesinə dəstək məqsədi daşıyıb.

    "Atributinfo.az" xəbər verir ki, seminarda regionu təmsil edən 200-ə yaxın idmançı və 100-ə yaxın məşqçi iştirak edib. Ümumilikdə 300-ə yaxın iştirakçının qatıldığı tədbirdə müasir məşq metodları, texniki və taktiki hazırlıq, yarış qaydaları, hakimlik meyarları, eləcə də idmançıların fiziki və psixoloji hazırlığının artırılması istiqamətində nəzəri və praktiki məşğələlər keçirilib.

    Seminardan sonra Azərbaycan Karate Federasiyasının idarə heyəti ilə məşqçi-müəllimlərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib. İclasda regionda karate idman növünün mövcud vəziyyəti, inkişaf perspektivləri, məşq prosesinin daha da təkmilləşdirilməsi, gənc idmançıların hazırlığı, qarşıdan gələn yarışlara hazırlıq və federasiya ilə regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb. Görüş zamanı məşqçilərin təklifləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və regionlarda karate idman növünün daha da inkişaf etdirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

    Azərbaycan Karate Federasiyası bundan sonra da ölkənin müxtəlif regionlarında bu cür seminar və görüşlərin keçirilməsini davam etdirərək karate idman növünün inkişafına, məşqçi və idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət ayıracaq.





















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR