UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək "Qarabağ" hazırlıqlarını davam etdirir.
Komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransını Bakıda keçirəcək. Tədbir avqustun 5-də saat 11:45-də "Azersun Arena"da təşkil olunacaq.
Qeyd edək ki, "Dinamo" – "Qarabağ" qarşılaşması avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.