AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə yelkənçiləri Bakıda çempionluq uğrunda mübarizə aparır

  • + A
  • - A
  • Bu gün, 12:05

    Azərbaycan və Türkiyə yelkənçiləri Bakıda çempionluq uğrunda mübarizə aparır

    Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü də maraqlı mübarizə ilə yadda qalıb.

    Azərbaycan Su İdman Növləri Federasiyasının Yelkən Mərkəzində, Şıxov çimərliyində keçirilən çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə reallaşır.

    Yarışda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparırlar.

    İkinci gündə iştirakçılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə bir neçə yürüş keçiriblər. Hər yürüş üzrə nəticələr ayrıca hesablanıb və idmançıların ümumi sıralamadakı mövqeyi topladıqları xallar əsasında müəyyən edilir.

    Çempionatda yekun nəticələr bütün yarış günlərindəki yürüşlərin nəticələri nəzərə alınmaqla hesablanacaq. Sentyabrın 14-də keçiriləcək final yürüşlərindən sonra qaliblərin adına aydınlıq gələcək.

    Mükafatlandırma mərasimi həmin gün saat 16:00-da keçiriləcək. Siniflər üzrə qaliblər diplom və medallarla təltif olunacaq. Bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək.

    Qeyd edək ki, çempionatda Türkiyəni 10 nəfərlik heyət təmsil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR