Gənc azərbaycanlı kayak və kanoeçilər Bratislavada yarışacaqlar

Azərbaycanın kayak və kanoe üzrə gənc idmançıları beynəlxalq turnirdə iştirak edəcəklər.
Sentyabrın 15-20-də Slovakiyanın Bratislava şəhərində “Olimpiya ümidləri” beynəlxalq turniri təşkil olunacaq.
Azərbaycan Su İdman Növləri Federasiyasının 6 idmançısı yarışda ölkəmizi təmsil edəcək. Kayak üzrə Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoe üzrə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.
Nümayəndə heyətinə böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov daxildir.
Yarışın gənc idmançıların beynəlxalq təcrübə qazanması və rəqabət şəraitində özlərini sınaması baxımından əhəmiyyətli olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.