AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Canlı əfsanələr”in yeni qəhrəmanı Qurban Qurbanovdur

  • + A
  • - A
  • Bu gün, 11:38

    “Canlı əfsanələr”in yeni qəhrəmanı Qurban Qurbanovdur

    “Radius” məşhur futbol mütəxəssisinin imzasını daşıyan xüsusi top hazırlayıb

    “Radius” görkəmli şəxsiyyətlərə həsr olunan “Canlı əfsanələr” layihəsinin yeni kolleksiyasını təqdim edib.

    Layihənin 2026-cı il kolleksiyası Azərbaycan futbolunda mühüm uğurlara imza atan Qurban Qurbanova həsr olunub.

    “Qarabağ” Futbol Klubunun dəstəyi ilə hazırlanan kolleksiyaya Qurban Qurbanovun imzasını daşıyan xüsusi dizaynlı futbol topu daxildir.

    Layihənin ideyasına uyğun olaraq, xüsusi top Azərbaycan futbolunun uğurlarını, illər ərzində formalaşan dəyərləri və azarkeşlərin futbol sevgisini simvolizə edir.

    Məhdud tirajla hazırlanan topların noyabrın sonunadək “Radius”un müştərilərinə təqdim olunması nəzərdə tutulur.

    Qurban Qurbanov layihənin 2026-cı il kolleksiyasının ilk qəhrəmanıdır. “Radius” gələcəkdə də layihəni ölkənin tarixində və cəmiyyətində xüsusi iz qoymuş digər tanınmış şəxsiyyətlərin iştirakı ilə davam etdirməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR