FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
O, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.
Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.