Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu bu gün keçiriləcək.
Günün yeganə matçında son çempion "Sabah" NTD ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.