AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadın karatesinin inkişafına həsr olunan seminar keçirilib

  • + A
  • - A
  • Bu gün, 17:00

    Qadın karatesinin inkişafına həsr olunan seminar keçirilib



    Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə xanım idmançılar üçün keçirilən seminar, ölkəmizdə qadın karatesinin inkişafı və kütləviliyinin artırılması istiqamətində növbəti mühüm addımdır.

    Avropa çempionumuz Mədinə Sadıqovanın iştirakı ilə baş tutan bu tədbirdə fərqli yaş qruplarını təmsil edən 200-dən çox xanım idmançımızın bir araya gəlməsi bizi olduqca sevindirir. Seminarın əsas məqsədi qadın karatesinə dəstək vermək, idmançılarımız arasında birlik, həmrəylik və komanda ruhunu daha da gücləndirməkdir.

    Gənc nəslin peşəkar idmançılarla ünsiyyətdə olması və təcrübə qazanması onların gələcək nailiyyətləri üçün böyük stimuldur. Federasiya olaraq istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviləşməsi istiqamətində layihələrimizi qətiyyətlə davam etdirəcəyik.
    Seminarda fəal iştirak edən bütün xanım karateçilərimizə təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayıram.
































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR