AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnfantinodan Azərbaycan futboluna tərif

  • + A
  • - A
  • Bu gün, 11:45

    İnfantinodan Azərbaycan futboluna tərif

    FIFA prezidenti “Sabah” – “Qarabağ” matçının atmosferini yüksək qiymətləndirib

    FIFA prezidenti Canni İnfantino “Sabah” və “Qarabağ” komandaları arasında keçirilən qarşılaşmanın Azərbaycan futbolunun səviyyəsini nümayiş etdirdiyini bildirib.

    O, bu barədə “Instagram” hesabında paylaşım edib.

    İnfantino Misli Premyer Liqasının IX turu çərçivəsində baş tutan oyunu izləməkdən məmnunluq duyduğunu qeyd edib.

    “Bakıda ‘Sabah’ və ‘Qarabağ’ komandalarının rəqabətli qarşılaşmada xalları bölüşməsi Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdi”, – FIFA prezidenti yazıb.

    O, qarşılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə izlədiyini bildirib.

    İnfantino hər iki kluba və azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür edib. O vurğulayıb ki, futbol insanları bir araya gətirir və onlara sevinc bəxş edir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR