Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə bu gün start veriləcək.
İlk oyun günündə beş qarşılaşma keçiriləcək.
Premyer Liqa təmsilçilərindən "Araz-Naxçıvan" "Şimal"la, "Sumqayıt" "Kür-Araz"la, "Qəbələ" "Mingəçevir"lə, "Zirə" "Səbail"lə üz-üzə gələcək.
Cütün qalibi 1 oyunun nəticəsinə əsasən müəyyənləşəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
27 oktyabr
14:00. "Şimal" – "Araz-Naxçıvan"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. "Marafon" – "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
"Marafon Arena"
17:00. "Kür-Araz" – "Sumqayıt"
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
"SOCAR Polymer Arena"
17:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
18:00. "Səbail" – "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Bank Respublika Arena"
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.