Dağıstanda sambo üzrə Rusiya çempionatının medalçısı qətlə yetirildi

Rusiya Sambo Çempionatının medalçısı Vatsilov Davudov Dağıstanda baş verən silahlı hücum nəticəsində öldürülüb.
Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Mərakeş” ziyafət zalının qarşısında baş verib.
Məlumata görə, 31 yaşlı idmançı zalda təşkil olunan tədbirdə iştirak edib. Binadan çıxarkən naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobildən ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.
Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Onların istifadə etdiyi avtomobil axtarışa verilib.
Qeyd edək ki, Davudov Rusiyanın idman ustası, 2016-cı il Avropa Cüdo Kubokunun qalibi və 2023-cü il Rusiya Sambo Çempionatının bürünc medalçısı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.