AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir güləşçisimiz Avropa çempionu OLDU

  • + A
  • - A
  • 9-03-2022, 21:20

    Daha bir güləşçisimiz Avropa çempionu OLDU

    Azərbaycanın Yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

    "AzadMedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.

    Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR