AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Rusiyadan Çinə neft tranzitini artıracaq – əlavə 2,5 milyon ton daşınması planlaşdırılır

  • + A
  • - A
  • Dünən, 23:34

    Qazaxıstan Rusiyadan Çinə neft tranzitini artıracaq – əlavə 2,5 milyon ton daşınması planlaşdırılır


    Qazaxıstan Rusiyadan Çinə neft tranzitinin həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu məqsədə Tuymazı–Omsk–Novosibirsk-2 (TON-2) neft kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi hesabına nail olunması gözlənilir.

    Bu barədə “KazTransOil” şirkətinin iqtisadiyyat və maliyyə üzrə baş direktor müavini Amirjan Ospanov məlumat verib.

    Onun sözlərinə görə, hazırda TON-2 kəməri ilə ildə təxminən 10 milyon ton Rusiya nefti daşınır. Kəmərin ötürmə gücünün artırılması nəticəsində tranzit həcminin 25 faiz, yəni əlavə 2,5 milyon ton artırılması mümkündür.

    Ospanov bildirib ki, bu planın reallaşdırılması üçün yeni neftnəqletmə stansiyasının inşa edilməsi tələb olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR