AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMB-nin keçmiş inzibati binası Maliyyə Nazirliyinə verilib

  • + A
  • - A
  • Bu gün, 10:19

    AMB-nin keçmiş inzibati binası Maliyyə Nazirliyinə verilib

    Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.

    APA xəbər verir ki, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binada Maliyyə Nazirliyinin bir sıra struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

    Belə ki, burada Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələr yerləşəcək.

    İlkin məlumata görə, bina nazirliyin istifadəsinə icarə əsasında verilib. Məsələ ilə bağlı hələlik AMB və Maliyyə Nazirliyi tərəfindən rəsmi açıqlama yayılmayıb.

    Qeyd edək ki, 1998-ci ildə istifadəyə verilən binada AMB 2026-cı il iyunun 22-dək fəaliyyət göstərib. Həmin tarixdən etibarən qurum Heydər Əliyev prospekti, 167 ünvanındakı yeni inzibati binaya köçüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR