Kirayə mənzil bazarında ev tapılmır: qiymətlər bahalaşacaq (VİDEO)
Universitetlərin açılmasına təxminən bir ay vaxt qalıb. Xüsusi ilə də rayondan Bakıya oxumağa gələn tələbələrin indidən kirayə mənzil axtarışına başlaması mənzil bazarını canlandırıb. Daha çox köhnə tikililərdə mənzillərin qiyməti artıb.
Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir. Lakin ekspertlər sentyabr ayından Bakıda evlərin qiymətinin kəskin bahalaşacağını deyirlər.
Rieltorlar tələbatın daha çox köhnə tikililərə olduğunu deyirlər. Alqı satqı ilə yanaşı kirayə verilən mənzillərdə də qiymətlərin ötən aylara və illərə nisbətən artacağə gözlənilir. Bakının bəzi rayonlarında isə indidən kirayə mənzil qıtlığı yaranıb.
Hazır mənzil bazarından fərqli olaraq torpaq alqı satqısında durğunluq yaşanır. Qiymətlərin artacağı gözlənilmir.