AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaçaqmalçılıq cinayətlərinin predmetlərinin taleyi necə olur?

  • + A
  • - A
  • 26-09-2022, 20:16

    Qaçaqmalçılıq cinayətlərinin predmetlərinin taleyi necə olur?

    Qaçaqmalçılıq cinayətlərinin predmetlərinin taleyi necə olur?
    Yaqin ki, bu sual çoxumuz üçün maraqlıdır. Dövlət Gömrük Komitəsi bu suala cavab verib. Azadmedia.az cavabı təqdim edir:
    Əgər müsadirə edilən mallar mülki dövriyyəsi məhdudlaşdırılan və yaxud qadağan olunmuş əşyalar kateqoriyasına aid deyilsə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll olunur. Yox, əgər predmetlər cinayət yolu ilə qazanılan vəsait hesabına əldə olunubsa, həmin mallar xüsusi müsadirə predmeti olaraq məhkəmə tərəfindən müsadirə edilə bilər. Sadalanan kateqoriyalara aid olmadığı təqdirdə isə qaçaqmalçılıq cinayətinin maddəsinə uyğun olaraq həmin mallar dəyərinin 40%-dən 60%-dək cərimə olunduqdan sonra gömrük ödənişləri ödənilməklə qanuni sahibinə qaytarılır. Bu maddənin qüvvəyə minməsi üçün malın qanuni sahibinin müəyyən olunması vacibdir.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR