AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın qolf turizmi üzrə imkanları beynəlxalq sərgidə nümayiş olunur

  • + A
  • - A
  • 19-10-2022, 17:10

    Azərbaycanın qolf turizmi üzrə imkanları beynəlxalq sərgidə nümayiş olunur

    Azərbaycanın qolf turizmi imkanları 17-20 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçirilən “Beynəlxalq Qolf Səyahət Bazarı” (“International Golf Travel Market) sərgisində təqdim olunur.

    Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı və Qubada yerləşən ”Dreamland Qolf Klubu” və “Azərbaycan Milli Qolf Klubu” təmsil edirlər.

    Sərgidə iştirakçılara Azərbaycanda qolf turizmi ilə bağlı təqdim olunan xidmətlər və qolf turpaketləri haqqında ətraflı məlumat verilir, hədəf bazarlardan olan tərəfdaşlarla əməkdaşlıq əlaqələri müzakirə olunur, həmçinin Azərbaycanın qolf turizmi destinasiyası kimi tanıdılması istiqamətində görüşlər keçirilir.

    4 gün davam edəcək və 450 brendin təqdim olunacağı sərgidə qolf turizmi üzrə ixtisaslaşmış hotellər, kurortlar, qolf meydançaları, turizm üzrə ixtisaslaşmış qurumlar iştirak edir.

    Qeyd edək ki, dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən “Beynəlxalq Qolf Səyahət Bazarı” (IGTM) sərgisi qolf turizmi üzrə B2B (biznesdən-biznesə) görüşlərinin keçirildiyi və qolf destinasiyalarının bir araya gəldiyi önəmli platformalardan biri hesab olunur. 1998-ci ildən etibarən keçirilən sərgi tərəfdaşlıq əlaqələrinin qurulması və qolf peşəkarlarına dəstək göstərmək məqsədi ilə hər il dünyanın fərqli ölkələrində keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR