AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir - ÖZƏL

  • + A
  • - A
  • Dünən, 17:00

    Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir -


    Masallı, 30 yanvar — Azadmedia.az

    Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə iştirak etmişdir.

    Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keşirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Müşavirədə cənab Prezident Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrkturunun müzakirə ediləcəyini bildirib.
    Prezident İlham Əliyevin söylədiyinə əsasən,demək olar ki, son 15 ildə Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istafadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib.Bu işlərin görülməsi Bakı şəhərində nəqliyyatı iflic vəziyyətdən qurtarmışdır.
    Nəqliyyata dair işlərin görülməsi təkcə Bakı şəhərin deyil, bütün ölkə üzrə son illər bir çox layihələr icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yolları nümünə göstərmək olar.
    Bundan başqa müzakirə olunan məsələlərin içində beynəlxalq dəhlizlərin olmasından da söz açılıb. Cənab Prezident bildirib ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən betnəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə də biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik.Bunun üçün biz daima çalışmışıq, səy göstərmişik, praktiki işlər görmüşük.
    Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi keçir. Bu nəqliyyat üzrə daşınan yüklərin həcmi də ildən-ilə artır. Bizim bunu deməyə əsasımız var ki, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.
    Yeni layihələr arasında Zəngəzur dəhlizinin də adı çəkildi. Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Əldə etdiyimiz zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə,beynəlxalq leksikina salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir.
    Cənab Prezident digər məsələlərə də toxunmuşdur və bu məsələlərdə Ermənistanın mövqeyini də bildirmişdir, həmçinin Naxçıvan Muxtar Respublikası ilə bağlantının olmamasından danışmışdır, lakin buna baxmayaraq Naxçıvanın lazım olan ehtiyaclarının müxtəlif yollarla həll olunmasını da bildirmişdir.
    Müşavirə zamanı cənab Prezident təkcə Bakı şəhərinin nəqliyyat infrastrukturuna diqqət çəkmişdir. Bildirmişdir ki,son 20 il ərzində bir çox işlər görülmüşdür. Onların içində dəmir yolu infrastrukturu, beynəlxalq hava limanlarının bərpası və yeni tikilişini qeyd etmək olar. Digər vacib layihələrdən biri isə Dəniz Ticarət Limanının inşasından da söz açmışdır. Eyni zamanda onu da bildirmişdir ki, azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir.

    Şəkilə Xəlilova Masallı rayon Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR