AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni təyin olunan icra başçıları ilə görüş - ÖZƏL

  • + A
  • - A
  • 28-07-2022, 18:15

    Yeni təyin olunan icra başçıları ilə görüş - ÖZƏL
    Yeni təyin olunan icra başçıları ilə görüş


    Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır.İlk növbədə regionlar arasında sağlam rəqabət gedir.Dövlət başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəmizin iqtisadi artımı göz önündədir. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.Ölkə başçısının diqqət göstərdiyi məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulu nəticəsində bölgələrin inkişafında yeni mərhələnin əsasını qoymaqdır.Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır.


    Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət Proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət Proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb.Diqqət çəkən əsas məqamlardan biri də budur ki, dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidərək , onların icrası istiqamətində mühüm tapşırıqlar vermişdir.Ölkə başçısı cənab İlham Əliyevin rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüş keçirərək, onlara tapşırıqlarını vermişdir. Ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirildiyini qeyd etmişdir.Dövlətimizin başçısı 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu çağırışı etmişdir ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” deyəndə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməli, təhdid edilməməli, incidilməməlidir: “Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də yeni təyin olunan icra başçıları ilə görüşü zamanı regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası, rayon rəhbərlərinin üzərinə düşən vəzifələrnin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bildirmişdir ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Dövlətimizin başçısının görüşdə dediyi kimi: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.Dövlət başçısının toxunduğu digər məsələlərdən biridə şəhid ailələrinə xüsusi diqqətin göstərilməsidir. “Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb". Görüşdə Prezident İlham Əliyev tarixi Zəfərimizdə dövlətimizin qətiyyətli mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki,"azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”. Ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də hər bir rayon rəhbərliyinin rayonun inkişafı ilə bağlı təşəbbüs göstərməsi oldu.

    Anar Məmmədov - Masalı rayon sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR