AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Azərbaycan xalqının ürəyidir - ÖZƏL

  • + A
  • - A
  • 15-11-2022, 23:29

    Şuşa Azərbaycan xalqının ürəyidir - ÖZƏL


    Şuşa Azərbaycan xalqının ürəyidir!

    8 noyabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
    Prezident İlham Əliyev hərbiçilər qarşısında çıxış etmiş, hərbiçiləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etmişdir. Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildik onlara Allahdan rəhmət diləmişdir.

    Prezident İlham Əliyev çıxışında alınmaz qala sayılan Şuşanı iki il əvvəl Azərbaycan Silahlı qüvvələri erməni işğalından azad edərək şanlı tarix yazdığını qeyd etdi. Şuşa Azərbaycan xalqının ürəyidir, hər bir Azərbaycanlı üçün müqəddəs yerdir. Prezident İlham Əliyev əmin idi ki, Azərbaycan xalqı müharibənin son məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu anlamışdı.

    Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Zəfər yolu” adlandırılan yol cəmi iki ildir çəkilib. Amma qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən bu uzun məsafəni qət edərək,qanlı döyüşlərdə düşməni məğlub edərək torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bizi qələbəyə aparan Vətən sevgisi, hərbiçilərimizin peşəkarlığı idi. Hərbiçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu da bizim xalqımızın qəhrəmanlığıdır. Prezident qələbəyə gedən yolun keşməkeşli və çətin olduğunu qeyd etmişdir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi olaraq sarsıtmışdı. Məğlubiyyətin səbəbləri də bəlli idi. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişlər, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana təslim etmişlər. Ona görə də, Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməzdi. Prezident qeyd etdi ki, işğal dövründə Ermənistanın rəsmi təbliğatı və onların havadarlarının media resursları Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Bu münaqişənin hərbi yolu yoxdur. Yəni, birincisi bizi inandırmağa çalışırdılar. İkincisi isə bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışdırırdılar. Təbii ki, bizdə çalışırdıq məsələ sülh yolu ilə həll olunsun. Amma danışıqlar taktikası məslənin dondurulmasına aparırdı ki, bununla da heçvaxt razı ola bilməzdik.

    Biz sülh istəyirik, müharibə istəmirik. Sülh amma ədalətli sülh.

    İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.

    
    Əgər Ermənistan xoş niyyət göstərsə, bu imzalanacaq, göstərməsə imzalanmayacaq. Ondan sonra nə olacaq onu həyat göstərər.
    

    Sonda Prezident qeyd etdi ki, bu qələbə ilə biz təkcə ərazi bütövlüyüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə əziz hərbiçilər sizə borcluyuq, sizin kimi onminlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Məndə Ali Baş Komandan kimi sizinlə fəxr edirəm. Yaşasin Qarabağ! Yaşasın Azərbaycan!

    Şıxəliyeva Aidə Azər qızı - Masallı rayon Mollaoba kəndi



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR