AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi tədbirindəki çıxışı - ÖZƏL

  • + A
  • - A
  • 22-11-2022, 22:32

    Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi tədbirindəki çıxışı - ÖZƏL



    Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi tədbirindəki çıxışı


    Bildiyimiz kimi 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir çox vacib məqamlara toxunmuşdur. Əvvəlcə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik edib. Hamıya məlumdur ki, partiyanın yaranması ölkəmizin çətin günlərinə təsadüf edir. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır. Dövlətin ağır yükünü üzərinə götürmüşdür. Həmin vaxtlarda demokratik mühitdən söhbət gedə bilməzdi. Yəni ölkədə media azadlığı yox idi. İqtisadiyyat çox ağır idi. Neft sənayesi də böyük tənəzzülə uğramışdı. Ölkədə nizami ordu yaradılmamışdı. Bir sözlə ölkədəki vəziyyət çox ağır idi. Torpaqlarımızın işğalı onsuz da ağır olan vəziyyəti bir daha ağırlaşdırdı. Şuşa və Laçın kimi şəhərlərimizin işğalı həm mənəvi, həm də strateji cəhətdən böyük faciə idi. Bu zaman Heydər Əliyevə inam yüksək idi. Çünki işlədiyi vaxtlarda həmişə xalqına xidmət etmiş, xalqın qayğısına qalmışdı. Həmişə xalqın yanında idi. Onun rəhbərliyi zamanı Azərbaycan vətəndaşının həyat səviyyəsi ilbəil yaxşılaşırdı. Xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyirdi. Onun çalışdığı illərdə Qarabağda heç bir separatist qüvvə baş qaldıra bilməmişdir. Naxçıvanda çalışdığı müddətdə Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar xalqın ona olan inamını artırırdı. YAP-ın təsisindən sonra xalqın tələbi ilə Heydər Əliyevi Bakıya dəvət edildi. Bir müddət sonra da prezident seçildi. Və çətin günlər sona çatdı. Ölkəmizdə konstitusiya qəbul olundu. Bu çox önəmli tarixi hadisə idi. Ulu öndərin rəhbərliyi ilə iqtisafi islahatlar keçirildi. Azərbaycan artıq dünyəvi dövlət kimi inkişaf edirdi. Ordu quruculuğu sahəsində də uğurlu addımlar atıldı. Güclü və nizami ordu yaratdıq. Onun hakimiyyətinin sonuna qədər dövlətçiliyimiz inkişaf etdi. Dövlətimizin möhkəm əsasları qoyuldu. 2003- cü ildən də etibarən xalq Heydər Əliyevin siyasətinə səs verərək məni Heydər Əliyevin siyasətinin davamçısı etdi. Mən 2003-cü ildən etibarən xalqa sadiq olacağıma söz verdim. Doğrudan da biz elə dövlət qurduq ki, hamı bu ölkəmizlə fəxr edir. İqtisadiyyatımız, ölkəmiz çox inkişaf etmişdir. Amma hələ də görüləsi iş çoxdur. İqtisadiyyatımız daha da şəffaflaşdırılmalı, xoşagəlməz hallarla mübarizə aparılmalıdır.
    Qarabağı, torpaqlarımızı da yenidən qurmaq üçün bizim iqtisadiyyat əsasdır. Biz istəyirik ki, heç bir kənar qüvvə iradəmizə təsir göstərə bilməsin. Azərbaycan dövləti Ulu Öndərin bizə bəxş etdiyi ölkə, vəsiyyət etdiyi milli-mənəvi dəyərlər üzərində qurulur. Gənc nəsil vətənpərvər ruhda böyüyür Azərbaycanda xalqlar bir ailə kimi yaşayır. Bu, H. Əliyevin siyasəti idi. Biz bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən yenə onun xatirəsinə ehtiramımızı bildiririk.Onun fəaliyyəti, hamımız üçün nümunədir. Hər birimiz onun kriteriyalarına uyğun hərəkət etməliyik və edirik də. İşimizin əsas mahiyyəti bu idi ki, Qarabağ problemi həll edilsin. Biz hər şeyi dəqiq ölçüb-biçib gücümüzü düzgün istifadə etdik. Xalqımız ordumuzla birləşdi. 44 gün ərzində istəyimizə nail olduq. Düşməni torpaqlarımızdan qovduq. Ulu öndərin əsas vəsiyyətini yerinə yetirdik. 8 Noyabr 2020 - ci il hamımızın yaddaşında ömürlük qalacaq. İndi isə qurmalıyıq, yaratmalıyıq, köçkünləri öz doğma yurdlarına qaytarmalıyıq.

    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Aytən Balağa qızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR