2020-ci il dekabırın 10-da keçirilmiş Zəfər paradı
2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi Ermənistanın bu işğalına son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti bərpa etdi. Qəhrəman Azərbaycan əsgəri bu 44 günün hər günü şanlı tarix yazdı. Hər gün Azərbaycan Ordusu irəli gedərək yeni əraziləri işğaldan azad edirdi. Ordumuz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Vətənpərvər Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məğlub etdi. İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mifi Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. 2020-ci il dekabrın 10-da Zəfər paradı keçirilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
İndi biz bu günü sevinc hissi ilə, qürurla geyd edirik, biz qalıb xalqıq biz mübariz xalqıq, biz Azərbaycanlıyıq!!
Ceyhun Hüseynov Soltanağa oğlu - Masallı RMX İƏ şöbəsinin mütəxəssisi