AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır - ÖZƏL

  • + A
  • - A
  • 8-12-2022, 18:42

    30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır - ÖZƏL


    2020-ci il dekabrın 10-da Zəfər paradı keçrilmişdir.


    2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı Azərbaycanın qələbəsini,xalqın əzəmətini və gücünü bir daha bîtün dünyaya nümayiş etdirmişdi. Azərbaycan cəmi 44 gün ərzinde qazandığı qələbəsini bu paradda bütün dunyaya fəxrlə numayiş etdirdi.Şanlı ordumuz işğal altında olan ərazilərimizi işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu.
    Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Paradda iştirak edən Ali baş komandan İlham Azərbaycanın qələbəsinə kölgə salmaq istəyən bəzi quvvələrə də oz çıxışiyla mesaj verdi: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
    Həmçinin paradda Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan da iştirak etmişdi. Çünki,Türkiyə qardaş dovlət olaraq həmişə Azərbaycana dəstək olmuş bunu müdafiyetmişdi. Bu dəstək bizi mənəvi cəhətdən daha da gücləndimisdi. Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin də böyük rolu olmuşdur. Onun söylədiyi “bir millət,iki dövlət”ifadəsi əlaqələrimizi daha da köhkəmləndirmişdi. Rəcəb Tayyip Ərdoğan da öz çıxışı ilə bəzi ölkələrə siyasi mesajlar verdi. Hətta söylədiyi şeir ilə qəlblərə toxundu:
    Arazı ayırdılar
    Lil ilə doyurdular
    Mən səndən ayrılmazdım
    Zülm ilə ayırdılar.
    Azərbaycan ve Türkiyə əsgərinin qələbə meydanından çiyin çiyinə kecməsi iki qardaş xalqın tarixinə qürurverici hadisə kimi daxil oldu.

    Babayeva Elanora
    Masallı rayon J.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR