AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var - ÖZƏL

  • + A
  • - A
  • 26-12-2022, 17:33

    Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var - ÖZƏL


    Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var

    Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı - ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz. Bu günlər bir çox Avropa ölkələri mövcud Azərbaycan reallıqlarını düzgün qiymətləndirərək, sözü ilə, imzası bir olan, etibarlı tərəfdaş kimi qəbul edilən, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa can atır. Avropa ölkələri ilə ikitərəfli və çoxşaxəli əməkdaşlığın qurulması və inkişafı da ölkəmizin prioritet istiqamətlərindən biridir.
    2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 21 avqust 1997-ci il tarixində qoyulmasına baxmayaraq, əlaqələrimizin inkişaf tarixinin daha qədim olduğu heç kimə sirr deyil. İki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, çoxtərəfli platformalarda səmərəli əməkdaşlığın mövcuddur.Bu xüsusda ötən il Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbirinin təşkilində Azərbaycan və Serbiyanın əməkdaşlığını qeyd etmək olar.
    21 dekabrda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana qısamüddətli işgüzar səfərdə oldu. Bu iki dost ölkənin prezidentləri arasında möhkəm dostluq əlaqələri var. Bir sıra oxşar cəhətlərə malik Azərbaycan və Serbiya hər ikisi müstəqil dövlət kimi gəncdir. Azərbaycan və Serbiya həm ikitərəfli həm də çoxtərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlarda bir-birlərinin ərazi bütövlüyünü, suveren hüquqlarını dəstəkləyirlər. Son vaxtlar Azərbaycanın təbii resurslarının müxtəlif istiqamətlər üzrə ixrac edilir, eləcə də Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün yeni imkanlar yaradır, hazırda bununla bağlı müvafiq danışıqlar aparıldığını bildirilir. Prezident gələn ildən başlayaraq Serbiyaya Azərbaycandan elektrik enerjisi ixrac ediləcəyini vurğulayıb. Ölkə rəhbəri bugünlərdə Rumuniya səfəri çərçivəsində Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması ilə bağlı müvafiq saziş imzalandığını, Qara dənizin dibi ilə çəkiləcək kabelin Azərbaycanı Avropa üçün önəmli təchizatçıya çevirdiyini qeyd edi. O bu sazişin Azərbaycanla Avropa ölkələri, eləcə də dost Serbiya arasında ömkdaşlığın yeni imkanlarını və yeni üfüqlər yaratığını deyib.

    Rövşən Hüseynov/Masallı rayonu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR