İdmana dövlət dəstəyi
Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi, idmançılarımızın dünya və Avropa miqyaslı turnirlərdə təmsil olunması, beynəlxalq idman təşkilatları rəhbərlərinin ölkəmizdə bu sahənin inkişafı ilə tanışlığı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. Ölkəmizin qədim milli idman növü olan sərbəst, habelə yunan-Roma güləşi bu gün daha da inkişaf etdirilir və ildən-ilə yüksək nailiyyətlər qazanılır. Bu növlər zəngin tarixə və özünəməxsus köklərə bağlıdır. Təməlini ulu öndərimizin qoyduğu və bu gün davam etdirilən uğurlu idman siyasəti Azərbaycanı idman ölkəsinə çevirib. Bunu tək biz demirik, beynəlxalq idman təşkilatlarının rəhbərləri də etiraf edirlər.
Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuznun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
2023-cü il yanvar ayının 9-da keçirilmiş 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının prezidenti, Milli Olpmpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış edib. Hər il olduğu kimi 2022-ci ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd edən dövlət başçısı bütövlükdə ölkə miqyasında görülmüş işlərə və idman sahəsində əldə olunan uğurlara yüksək qiymət verərək bildirib ki, keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra olunub, Azərbaycanın dinamik inkişafı ilə yanaşı həyatımızın tərkib hissəsi olan idman sahəsi də ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bu inkişafın əsas göstəricilərinin idmançılarımızın qazandığı qələbər olduğunu söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışların Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədiyidini bildirib.
Ən mötəbər idman yarışlarına ev sahibliyi edən ölkəmizdə 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını, həm dünya, həm Avropa çempionatlarının, yeni yarışların keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qarşıdan gələn Yay Olimpiya Oyunlarında Azərbaycanın öz gücünü bir daha təsdiqləyəcəyinə inandığını əlavə edib.
Səməd Zeynallı - Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.