Deputatların görüntüləri möhtəşəm və ürəkaçandır!
İnsanların saf hislərinə, xeyirxah əməllərinə, öz çirkin qəlbi və düşüncələriylə neqativ don geyindirməkdə maraqlı, həvəsli olmaq bədbəxtçilikdir. Siz belə etməklə insanları xeyirxah əməllərdən, saf hislərdən çəkindirirsiniz, onlarda haqlı olaraq özlərində bəzi dəyişikliklər edirlər. Etməyin, günahdır.
Bu mənzərəni neqativ görən insanlar, çox qorxulu və təhlükəli insanlardılar, hətta mən deyərdim həmin insanların, "ipi üstə odun düzmək olmaz". Onlar öz şəxsi əməllərini, niyyətlərini, daxili aləmlərini ətrafda görürlər. Tövsiyə edərdim dəyişsinlər, məqsəd qınamaq deyil.
Belə bir deyim var, "siz suyun üzərində yerisəniz belə, yenə də üzə bilmir deyənlər olacaqdır".
Yersiz tənqidlər edərək insanların xeyirxah əməllərini heçə saymaqla heçnə əldə etmək olmaz, bu, həm də günahdır.
Camaatın işində-gücündə, əməlində, xeyirxahlığında, mal-mülkündə, vəzifəsində və.s digər sahib olduqlarında gözünüz olmasın, sizə də yer çatar, dünya dar deyil, Allah göydən baxır, Allah kor deyil, paxıllıq və qısqanclıq edərək yaxşı insanları ləkələməyin, özünüzə tərəf geriyə, aşağıya doğru çəkməyə çalışmayın. Xeyirxah və saf əməl sahiblərini qıcıqlandırmayın, onların arxasınca danışmayın, iş çevirməyin, gözdən salmağa çalışmayın.
Mircalal Mehdiyev