AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehranlı şair Keyvan Hüseyn - “Ağladıq” - ÖZƏL

  • + A
  • - A
  • 22-02-2023, 14:10

    Tehranlı şair Keyvan Hüseyn - “Ağladıq” -


    Keyvan Hüseyn oğlu 
    Tehran - 2023/02/18


    Ağladıq..

    Gecə yarı Türküyə də qopdu tufan ağladıq
    Vəhşət aldı yer üzünü edib fəqan ağladıq
    Qardaş diyə fəryadına çatanmırıq biz yazıq
    Tikintilər bax yerinən oldu yeksan ağladıq

    Ata gördüm evladının əllərində xınası
    Mələyirdi avar altda qalıb nazlı sonası
    Körpə gördüm yoxa çıxmış Bacı, Qardaş,Anası
    Göz açaraq hər bir yani görüb viran ağladıq

    Azərbaycan, Xoy dərdindən sinəsini dağladı,
    Nəsimini yada salıb Hələb diyə ağladı..
    Dəməşqdə göy kişnədi, yolları Qar bağladı
    Əsdi külək, vurdu sazaq, dondu insan ağladıq..

    Diyabəkir, Maraş, Həmah talandı, can talandı,
    Osmaniyə, Adana da gözdən dəniz calandı.
    Kilisə bax, yüzdə doğsan al qanına boyandı,
    Şən Tərtus Lazuqiyədən yoxdur nişan ağladıq..

    Malatya Gazianteptə zülüm ərşə dayandı,
    Yer titrədi göy laxladı, nələr oldu pünhandı..
    Varlığımız tapdalandı, Allah nə pis zamandı,
    Diz çökmədik dərdə qarşı, gəzdik dərman ağladıq..

    Xoy milləti əsir düşüb qışın günü qar döyür,
    Həsrət çəkir əl çatmayır, dövlət döyür, var döyür.
    Qaladıbdır köksü üstə söndürən yox nar döyür,
    Tapanmadıq çara yolun, yandı vicdan ağladıq..

    Ölən, ölüb ölməyənin külək öpür üzündən,
    Haqqa sarı gedənlərin qisas alır özündən.
    Çadırlarda qan süzülür, dərd qananın gözündən,
    Həqiqəti darda görüb yazın al qan ağladıq..

    Yananların sırasında candan yanan tapılmır,
    Aydın kimi ağlayanın dərdin qanan tapılmır.
    Ay Səmsulla Keyvan kimdi - nədən duyan tapılmır?!
    Yaranmışlar al qanına oldu xırman ağladıq..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR