Bayrağım
Aşıqlar sazının sende sözü var,
Mehebbet kanının sende özü var,
Şehidler getse de, sende gözü var.
Könüller mülkünü alan bayrağım,
Ay menim ay ulduz nişan bayrağım.
Doğransa qollarım min bir kere de,
Kesilse omuzum qedar erede,
Vücudum dağılsa dağda, derede.
Qoymaram dağılsın, qalan bayrağım,
Ay menim ay ulduz nişan bayrağım.
Bir zaman zülmle ayrilmişiq biz,
İllerce hesretden döyünmüşük biz,
Yene de bir millet bilinmişik biz.
Bir damar qanindan coşan bayrağım,
Ay menim ay, ulduz nişan bayrağım.
Qarabağ, Qara daqğqoşa qardaşdır,
Pis günde, xoş günde, ortaq, yoldaşdır,
Qardaşdır, Sirdaşdır, sadıq, sirdaşdır.
Qaynayıb deniz tek daşan bayrağım,
Ay menim ay, ulduz nişan bayrağım.
Hemidin borcudur, oqrunda canı
Qorumaq düşmenden Azerbaycanı.
Dili bal petegi, Türkü dür şani,
Sınırdan sınıra aşan bayrağım
Ay menin ay olduz nişan bayrağim
Hemid Ahmedzade
Qeyd: Şeir Təbrizli şairin yazdığı kimi verilmişdir.
Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın “Təbrizdən Səslər” layihəsi əsasında
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.