AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dünyamızın üzləşdiyi çağırışların müzakirəsi” - ÖZƏL

  • + A
  • - A
  • 13-03-2023, 16:17

    “Dünyamızın üzləşdiyi çağırışların müzakirəsi” -



    Ziyafəddin Cavadov, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    “Dünyamızın üzləşdiyi çağırışların müzakirəsi”
    Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9- da keçirilən "Dünya Bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda iştirak etmişdir.
    Cənab Prezident İlham Əliyev Formun açılış mərasimində çıxış edərək əvvəlcə qonaqları salamlayıb, qlobal forumda iştirak etdiklərinə görə onlara təşəkkürünü ifadə edib.

    Dövlətimizin başçısı çıxışında cari ilin yanvar ayında Davos İqtisadi Forumunda,fevralda Münxen Təhlükəsizlik Konfransında iştirak etdiyini, martın 9- da isə Bakıda keçirilən X Qlobal Forumunda iştirakdan məmnun qaldığını bildirib.

    O, nitqində Qlobal Forumda 60- dan çox ölkədən 350 dən artıq iştirakçı olduğunu bildirib.Onların sırasında 50- dən çox hazırki və sabiq prezident və baş nazir olduğunu vurğulayıb.
    Azərbaycan Prezidenti çıxışında demişdir:
    "Mən Forumun proqramı ilə tanış oldum.Proqram Yaxın Şərqi ,Afrikanı və Qərbi Balkanları əhatə edir.
    Eyni zamanda mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm.N.Gəncəvi Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində dünyaya göz açıb,yaşayıb,orada dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir".
    Azərbaycan Prezidenti çıxışında Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, onları öz dədə - baba yurdlarından sürgün saldığını və bir milyondan artıq azərbaycanlıya əzab verdiyini bildirib.
    Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal , tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT- nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün,Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan , sadəcə,BMT- nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdiyini qeyd edib.
    O,çıxışında 1992- ci ildə münaqişə yarandıqdan sonra ATƏT-in Minsk qrupunun yaradıldığını, əfsuslar olsun ki,28 il ərzində fəaliyyət göstərən Minsk qrupunun heç bir irəliləyiş əldə edə bilmədiyini, sadəcə münaqişəni dondurmağa meyl etdiklərini ifadə edib.
    Azərbaycan Prezidenti çıxışında biz bununla razı olmadığını, özünümüdafiə hüququmuzdan,BMT- nin Xartiyasından,xüsusən də onun 51- ci maddəsindən istifadə edərək, düzgün olanını etdiyini deyib.
    'Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik.Bu bizim legitim hüququmuz idi.
    Beləliklə,çalışdıq ki,dinc yolla həll edək.Bizdə alınmadı,ona görə ki,erməni tərəfi konstruktiv yanaşma göstərmədi.Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik".
    Dövlətimizin başçısı çıxışında Azərbaycanın dünyanın bir çox aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumu imzaladığını,bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində əldə olunacağını bildirib.
    O,çıxışında ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcminin 75 faizdən çox artdığını deyib.
    Azərbaycan Prezidenti IX Qlobal Forumda çıxışının sonunda demişdir:
    "Beləliklə,biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq.Sizə maraqlı müzakirələr arzulayıram.
    Diqqətinizə görə sağ olun".

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR