Təzə Alvadı 2 saylı tam orta məktəbin müəllimi
Abbasov Şahin Abdulhəsən oğlu
Prezident İlham Əliyevin cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümüdlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı ilə əlaqədar.
Bu gün Azərbaycan dünya səviyyəli tədbirlərə ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Bunun sübutu kimi son illərdə regionda baş verən qlobal problemlərin həlli istiqamətində bir çox beynəlxalq təşkilatlar və dövlətlərin Azərbaycanla əlaqələrini genişləndirməsi, bir daha onu göstərir ki Azərbaycanın artan nüfuzunun, sülh və əməkdaşlığın tərəfdarı olmasıdır. Azərbaycanın bir çox nüfuzlu təşkilatların üzvü olması( BMT, AŞPA, NATO sülhməramlı tərəfdaş və s) da Azərbaycanın duya ölkələri üçün kilid rola sahib olmasından xəbər verir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təskilatciligi ilə martın 9 -da X Qlobal Bakı Formunda, “ Dünya bu gun Çağırışlar və ümüdlər” mövzusuna həsr olunmuş forum keçirildi. Burda əsas mövzular Rus-Ukrayna münaqişəsi, qlobal iqlim dəyişikliyi, pandemiya, texnoloji gərginlik və başqa məsələlərə əsas gündəm mövzuları idi. Beynəlxalq aləmdə gərginliyin artdığı bir vaxtda Azərbaycanın belə bir Qlobal Foruma ev sahibliyi etməsi Dövlətimizin artan nüfuzundan xəbər verir. Hələ 2013 –cü ildə keçirilən Qlobal Bakı Forumu artıq dünyanın nüfuzlu təskilat və konfranslara ( Praqa, Münhen, Sanxay və s) bərabər olduğunu göstərmiş oldu. Bütün bunlar Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.Forumun əhəmiyyətli tərəfindən biridə budur ki tam müstəqil bir forum olmasıdır. Bu da onu göstərir ki, Azərbaycan tam müstəqil siyasət yürüdür. Bu forumda 61 ölkədən 360 nümayəndə iştirak edirdi. Cənab Prezident bu forumda çıxış edərək bəzi məqamlara toxundu. Əsasən də Ermənistanın sülh və təhlükəsizliyə qarşı pozuculuq fəaliyyətini ifşa etdi. Cənab Prezident bildirdi ki, Ermənistan 28-30 il ərzində isğal etdiyi Azərbaycan torpaqlarında vandallig törətmisdilər bunu Şuşa və Füzulidə səfərdə olan nümayəndə heyyəti öz gözləri ilə gördülər, biz ermənilər kimi cinayət törətmədik, biz ermənilər kimi soyqırım törətmədik, biz ermənilər kimi vandallig törətmədik. Cənab Prezident həm də vurğuladı ki, biz öz torpaqlarımızı dinc yolla qaytarılmasını istədik.
Münaqişənin iki yolu var dinc və müharibə: sülhə yanaşmayan Ermənistanı, biz qisas əməliyyatı həya keçirərək məğlub etdik. BMT – nin 51 maddəsinə uyğun olaraq öz torpaqlarımızı azad etdik. ATƏT-Minski qrupu qərəzli mövqe tutaraq bu məsələni həll etmirdi. İndi onun yenidən təşkil olunmasına ehtiyacımız yoxdur, çünki artıq Azərbaycan öz torpaqlarını azad edərək bu məsələni həll edib. İndi ermənistan öz müstəqilliyini itirmək üzrədir. Bizim irəli sürdüyümüz 5 şərti qəbul etməlidir , bu baş verərsə regionda sülh bərpa oluna bilər.
Beləliklə Cənab Prezident İlham Əliyevin tövsiyələri, sülh və beynəlxalq əməkdaşlığın gucləndirilməsi sahəsindəki təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların və fikirlərin yaranmasına öz tohfələrini verir və verəcəkdir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.