AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalıdır - Özəl

  • + A
  • - A
  • 25-09-2023, 15:08

    Qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalıdır -


    Qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalıdır

    Vətən müharibəsində əldə olunan qələbə nəinki ərazi bütövlüyümüzün, eləcə də tarixi ədalətin bərpası idi.Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.
    Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Rusiyanın Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxarmaq barədə öhdəliyini yerinə yetirməməsi məsələsinə toxunmuşdu. Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla Azərbaycanla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Son günlər bu ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutur.Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
    Bir neçə gün öncə mülki insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da məhz bu təxribatın tərkib hissəsidir.

    Bu problemin yeganə həll yolu antiterror tədbirlərinin keçirilməsi və separatizmin ləğv edilməsi idi. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsi yalnız güc tətbiqi ilə mümkündür.Sentyabrın 19-u saat 13:00-da isə Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lantiterror tədbirlərinə başladığını bildirmişdir. Bəyanatda "Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh üçün ciddi təhdid mənbəyi" olduğu qeyd edilmişdir.Azərbaycan növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırmışdır.Hərbi əməliyyatların aparıldığı bölgədə Azərbaycan tərəfindən erməni dilində məlumat vərəqələri paylanmışdır və səsgücləndiricilərlə həm silahlılara, həm də dinc əhaliyə müraciətlər edilmişdir.
    2023-cü il sentyabrın 20-də saat 13:00-da qeyd olunan şərtlər altında antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu bildirilmişdir. Şərtlərə əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir

    Elanora Babayeva - Masallı rayon sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR