2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: "Azərbaycan tək deyil"
Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Hələ bir neçə ay Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. İlham Əliyev çıxışı zamanı indiki Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının "ata-baba yurdlarından qovulduğunu" dedi və Zəngəzur, Göyçə və İrəvanın "Azərbaycanın tarixi torpaqları" olduğunu bildirdi. Prezident müharibə başlamazdan üç gün əvvəl BMT Baş Assambleyasında "Ermənistanın yeni bir müharibəyə hazırlaşdığını və bunların qarşısı alınmalı" çıxışını etdiyini söylədi. 2020-ci ildə Ermənistanın iyul, avqust və sentyabr aylarında Azərbaycana qarşı üç hücuma başladığını qeyd etdi.Bütün bunlara cavab olaraq "Azərbaycan əsgərlərinə hücum" əmri verdiyini bildirdi. Daha sonra Əliyev Şuşa döyüşünü xatırladı və bunu "tarixi hadisə" adlandırdı.Sonda Əliyev, Azərbaycan ordusunun Ermənistanı məğlub etdiyini və Ermənistan Ordusunun demək olar ki, "yox olduğunu və məhv edildiyini" bildirdi və "Erməni faşizmi yenidən ayağa qalxarsa, nəticə eyni olacaq" bildirdi. Çıxışını isə "Qarabağ Azərbaycandır və nida" sözləri ilə bitirdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti çıxışında əvvəlcə müharibə zamanı öldürülən və ya yaralanan Azərbaycan əsgərlərinə Allahdan rəhmət dilədi, sonra Azərbaycan-Türkiyə münasibətlərindən danışdı. Daha sonra "Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər ağıllarını başlarına yığmalıdırlar" və erməni siyasətçilərin "sülh və sabitliyə doğru cəsarətli addımlar" atmaları lazım olduğunu da əlavə etdi. Ərdoğan daha sonra "Əhməd Cavadın, Nuru Paşanın və Mübariz İbrahimovun ruhları sevinirdi" deyə bildirdi.O, "siyasi və hərbi sahədə mübarizənin fərqli cəbhələrdə davam edəcəyini" də vurğuladı. Çıxışının sonunda Ərdoğan Azərbaycan şair Əhməd Cavadın "Arazı ayırdılar…" şeirindən parçalar oxudu.
Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin GÇQH müəllimi Axundov Mehman Rza Oğlu