Masallı, 29 aprel — Azadmedia.az
Biz uğura uğur əlavə edirik, bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın üzərində qurulub
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış mövzusunda beynəlxalq forum keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Forumu ADA Universitetinin rektoru Hafiz Paşayev açaraq Prezident İlham Əliyevi və qonaqları salamlayıb. Giriş sözündən sonra çıxış üçün söz Prezident İlham Əliyevə verilib.
Prezident İlham Əliyev də qonaqları salamlayaraq onları ölkəmizdə görməyindən məmnnun olduğunu bildirib. Cənab Prezident bildirib ki, müntəzəm olaraq ADA Universitetinin keçirdiyi forumlarda müntəzəm olaraq iştirak edir.
İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası proseslərindən danışıb və bildirib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Əlbəttə, COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilatı məsələlərdən deyil, nəticələrinin əldə edilməsindən də gedir.
Bu gün irimiqyaslı inkişaf gedir.Biz Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olacağıq.
Hazırda biz siyasi yolla davam edirik və bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və biz də bunu istəyirik.
Sonra cənab Prezident ona ünvanlanan sualları cavablandırıb. Tədbir iştirakçılarından biri Prezident İlham Əliyevə Avrasiya inteqrasiyası ilə bağlı sualına cənab Prezident cavab verərək bildirib ki, biz Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqınin bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaçlıq münasibətləri var. Ölkəmiz özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir.
Digər bir iştirakçının ölkəmiz haqqında söylədiyi xoş sözlərdən sonra strateji kommunikasiya planı nədən ibarətdir sualina da cənab Prezident ətraflı cavab verib. Ölkəmizin rəhbəri ölkədə gedən böyük dəyişikliklərin gözdən qaçırılmamasını vurgulayan Metyu Brayza təşəkkürünü bildirib. Cənab Prezident onu da qeyd edib ki, biz uğura uğur əlavə edirik. Hər kəs anlayır ki, bunlar təsadüfü deyil.Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın və siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub. COP29 sülh prosesinin nəticəsidir. Məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Atdığımız addımların nəticələrinin daha bir nümunəsi sərhədin delimitasiyasıdır.
Daha sonra Azərbaycan Prezidenti ona ünvanlanan bir çox suallara geniş və ətraflı cavab verib. Sonda onu səbirlə dinləyən hər kəsə öz təşəkkürünü bildirib.
Şəkilə Xəlilova – Masallı rayon S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.