AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Slovakiya ilə strateji tərəfdaşa çevrilir - Özəl

  • + A
  • - A
  • 8-05-2024, 16:50

    Azərbaycan Slovakiya ilə strateji tərəfdaşa çevrilir -

    Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə

    Masallı, 8 may — Azadmedia.az


    Müasir dövrdə müxtəlif ölkələr xarici iqtisadi əlaqələrin mürəkkəb və çoxcəhətli sistemi ilə qarşılaşır və ondan maksimum istifadə etməyə cəhd edirlər. Hər bir ölkənin milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin müxtəlif formaları ilə beynəlxalq iqtisadiyyata qoşulur, onun nailiyyətlərindən necə istifadə etməsindən asılı olaraq müəyyən səmərə götürə bilir. Bu öz-özünə baş verən proses olmayıb, yalnız ölkələrin məqsədyönlü xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması və onun hüquqi tənzimlənməsi yolu ilə mümkün ola bilər. Xarici iqtisadi əlaqələrin mərkəzində isə xarici ticarət əlaqələri dayanır. Buna görə də xarici ticarət əlaqələrinin hüquqi təminat sistemi və onun həyata keçirilmə mexanizmləri bu gün xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə ölkə başçısının xarici siyasətini Böyük fəxr hissi ilə vurğulamaq lazımdır . Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
    Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanmışdır. İmzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ciddi bir siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaqdır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Bu saziş ölkələr arasında iqtisadi tərəfdaşlığ üçün möhkəm zəmin yaratmışdır. Birgə bəyannamə üzrə iqtisadi və hərbi sahədə sazişlər bağlanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi Zəfərindən sonra bir çox dövlətlər ölkəmizlə hərbi sənaye sahəsində əməkdaşlığa can atmışdır. Azərbaycan ordusu istər 44 günlük Vətən müharibəsində, istərsə, antiterror əməliyyatı zamanı Ali Baş Komandanın rəhbərliyi ilə keçirdiyi uğurlu döyüş əməliyyatları ilə müasir hərb sənayesinin üstünlüklərini savaş meydanında praktik olaraq nümayiş etdirmişdir. Bu baxımdan, Azərbaycanın uğurlu hərbi təcrübəsi, seçimləri bir çoxları üçün maraqlıdır. Slovakiya ilə imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin olması da bu məqsədə xidmət edir.


    İLKİN AĞAYEV
    MASALLI RAYON STATİSTİKA İDARƏSİNİN BAŞ MƏSLƏHƏTÇİSİ
    YAP MASALLI RAYON TƏŞKİLATININ FƏAL ÜZVÜ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR