Avril Lavin 42 yaşında ilk dəfə ana oldu

Dünyaca məşhur kanadalı müğənni Avril Lavin 42 yaşında ilk dəfə ana olub.
Qız övladı dünyaya gətirən sənətçi sosial media hesabında körpəsinin fotolarını paylaşıb.
Müğənni paylaşımına “Kiçik şahzadəmiz gəldi” şərhini əlavə edərək sevincini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Avril Lavin daha əvvəl “Sum 41” qrupunun solisti Derik Uibli və “Nickelback” qrupunun solisti Çad Kroegerlə ailəli olub. Müğənni 2023-cü ildə reper Tayqa ilə münasibətlərinə son qoyub. Həmin vaxtdan şəxsi həyatını mediadan uzaq tutmağa üstünlük verən sənətçi bu dəfə analıq sevinci ilə gündəmə gəlib.
Xatırladaq ki, 2002-ci ildə işıq üzü görən “Let Go” debüt albomu, eləcə də “Complicated” və “Sk8er Boi” hitləri Avril Lavinə beynəlxalq şöhrət qazandırıb. O, 2000-ci illərin ən məşhur pop-pank ifaçılarından biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.