Təyyarədə olan sərnişin 5 saatlıq uçuş zamanı yemək və içkilərdən qəti şəkildə imtina etdiyi üçün Dehli Beynəlxalq Hava Limanında həbs edilib. Bu barədə “Komsomolskaya Pravda” mənbəyə istinadən yazır.
Qəzetin yazdığına görə, stüardessalar vaxtaşırı kişiyə yemək və içki təklif ediblər. Bir neçə dəfə imtina etdikdən sonra təyyarə komandirinə qəribə sərnişin haqqında danışdılar. Pilot da öz növbəsində mühafizə xidmətinə məlumat verib.
Təyyarə eniş etdikdən sonra polis təyyarəyə minərək adamdan hava limanının binasına girməsini istəyib.
Müayinə zamanı onun düz bağırsağında gizlədilən qızılları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiyi məlum olub. Ümumilikdə dörd oval kapsulda 1096,76 qram qiymətli metal olub.
"O, Ciddədən qaçaqmalçılıq yolu ilə qızıl apardığını etiraf etdikdən sonra Gömrük Qanununa əsasən həbs edilib", - gömrük rəsmiləri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.