AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MAQATE rəhbəri Kursk və Çernobıl AES-ləri arasındakı fərqlərdən danışıb

  • + A
  • - A
  • 27-08-2024, 18:58

    MAQATE rəhbəri Kursk və Çernobıl AES-ləri arasındakı fərqlərdən danışıb

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Kursk və Çernobıl AES-in fərqindən danışıb. Bu barədə RBC xəbər verir.
    Qrossinin sözlərinə görə, Kursk AES-dəki vəziyyəti Çernobıl stansiyasındakı qəza ilə müqayisə etmək düzgün deyil, baxmayaraq ki, Kursk AES-ə birbaşa zərbə də ciddi nəticələrə səbəb ola bilər. O, həmçinin əlavə edib ki, Kursk AES Zaporijjya AES-dən onunla fərqlənir ki, onun xüsusi qoruyucu günbəzi yoxdur.

    “Kursk və Çernobıl AES-lərinin müqayisəsi və bərabərləşdirilməsi, məncə, mübaliğədir. Amma söhbət xüsusi mühafizəsi olmayan eyni tipli reaktorlardan gedir və bu çox vacibdir. Yanacaq olduqda aktiv hissəyə hər hansı xarici təsir olarsa, o zaman nəticələr son dərəcə ciddi olacaqdır. Mən demirəm ki, ikinci Çernobıl olacaq, deyirəm ki, nəticələri çox ağır olacaq”, - Qrossi bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR