Fransada saxlanılan Telegram-ın təsisçisi Pavel Durov polisə bildirib ki, həbs olunduğu gün ölkə prezidenti Emmanuel Makronla nahar etməli olub. Bu barədə RT Fransa mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, Durov onu “təyyarədən çıxarkən” saxlayan polislərə Makronla planlaşdırılan şam yeməyi barədə məlumat verib. Bununla belə, Yelisey sarayında Telegram qurucusunun sözləri ziddiyyət təşkil edir və “həmin axşam Fransa prezidentinin Le Touquetdə olduğuna” işarə edilir.
Eyni zamanda, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo hesab edir ki, Makron “ağalarının” qarşısına qoyduğu missiyanı yerinə yetirmək üçün belə bir aldatma yoluna gedə bilər. Bununla bağlı o, Fransa prezidentindən izahat tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.