Kaliforniya qubernatoru təhlükəsizlik baxımından süni intellekt testi ilə bağlı qanun layihəsini rədd edib
Kaliforniya qubernatoru, Demokratlar Partiyasından olan Gavin Newsom, təhlükəsizlik baxımından süni intellektə (AI) əsaslanan sistemlərin məcburi sınaqdan keçirilməsinə dair qanun layihəsini rədd etdiyini söyləyib. Bu barədə RİA Novosti məlumat yayıb.
Sənəd qəbul olunarsa, o, ABŞ-da süni intellekt sahəsində ilk qanunvericilik aktlarından birinə çevrilə bilər. Qanun böyük şirkətləri, o cümlədən Google və OpenAI-ni nəinki süni intellekt sistemlərinin təhlükəsizliyini yoxlamağa, həm də gözlənilməz hallar zamanı onların tamamilə dayandırılması imkanını təmin etməyə məcbur edəcək.
Onun sözlərinə görə, süni intellektin effektiv tənzimlənməsi üçün istənilən struktur “texnologiyanın özü ilə ayaqlaşmalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.