AZƏRBAYCANDA "KİÇİK ÇİLLƏ" BU GÜN ÇIXIR
Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başa çatır. Sabahdan kiçik
çilləni Boz ay əvəzləyəcək...
AzadMedia.az xəbər verir ki, xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün
çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-
dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə
edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı
keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik,
məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.
Bu il ilk şərşənbə olan Su çərşənbəsi fevralın 25 – i olacaq. Martın 4-də Od, martın 11-də
Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf
edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə
batır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20,
21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub.